Fevral ayından indiyədək 18-24 yaş arası təxminən 400 nəfər Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlayıb. Bu barədə BBC-nin Ukrayna xidməti məlumat yayıb.
O, Baş Qərargahdakı mənbələrə istinad edir və statistika aprelin ortalarına aiddir. BBC öz məqaləsində müqaviləli əsgərlər arasında 21 yaşlı qızın da olduğunu bildirir.
Daha əvvəl Vladimir Zelenskinin ofis rəhbərinin müavini Pavlo Palisa bildirmişdi ki, Ukrayna hakimiyyəti bu yaş kateqoriyası üçün müqavilələrin tətbiqindən sonra iki ay ərzində Ukrayna Silahlı Qüvvələrinə 18-24 yaş arası 500-dən az könüllü cəlb edə bilib. Palisa qeyd edib ki, “mən rəqəmin daha yüksək olmasını istərdim”. (Tass)