Gədəbəy rayonunda yanğınsöndürənlər yanğın zamanı tapdıqları bir qutu qızılı sahibinə veriblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.
Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.