Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT qətnamələrinə uyğun olaraq müstəqil Fələstin dövlətinin yaradılmasının vaxtının yetişdiyini bildirib.
“BMT-nin 1964-cü il sərhədləri daxilində Fələstin dövləti ilə bağlı qərarları var. Beynəlxalq ictimaiyyətin müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində addım atmasının vaxtı çatıb. Biz hazırkı müharibənin regionda sabitliyin pozulmasına səbəb olmasının əleyhinəyik , beləliklə bu destabilizasiya Livana, Misirə, İordaniyaya sıçrayacaq”, – deyə Anadolu Agentliyinin Beyrutda keçirdiyi mətbuat konfransında bildirib. (Tass)