İslam dünyası ölkələri İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün bütün diplomatiya vasitələrindən istifadə etməlidir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
“Hazırda Qəzza blokadadadır. İslam ölkələri əllərində olan bütün diplomatiya vasitələrindən istifadə edərək [blokadanın aradan qaldırılması] problemini həll etməyə çalışmalıdırlar. Qəzzada idarəetmə problemi yoxdur. Qəzzanın problemi onun işğalı və bombalanmasıdır. İsrail tərəfindən]”, – türkiyəli nazir bildirib
Onun fikrincə, Fələstin probleminin həlli yalnız iki dövlətin mövcudluğunun tanınması ilə mümkündür. “İki dövlətin tanınması olmadan problemin həlli mümkün deyil.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Qəzzada məskunlaşma məsələsində İslam ölkələri arasında həmrəyliyə ehtiyac olduğunu bildirmişdi. (Tass)