Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların ikinci raundunda liderlər arasında görüşün təşkili perspektivlərinə baxılacaq.
“Liderlərin görüşünə hazırlaşmaq üçün lazımi addımları müzakirə etməyi planlaşdırırıq.Biz nümayəndə heyətlərinin müntəzəm görüşlərini tərəflər arasında etimadın gücləndirilməsi baxımından dəyərli hesab edirik. Ümumi problemlər və mövqeləri müəyyən etməklə, fikir ayrılıqlarını azaltmaq mümkün olacaq və ilk növbədə sülhə gedən bütün yolları açacağıq. Konkret irəliləyişin və istənilən nəticənin ən qısa müddətdə əldə ediləcəyini” o, İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar başlamazdan əvvəl açılış nitqində deyib. (Tass)