Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşdə Ukraynada nizamlanma və ikitərəfli münasibətlər məsələlərini müzakirə edib. Bu barədə TASS-a danışıqların yekunu üzrə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada işgüzar səfərdədir.
“Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son təşəbbüslər, həmçinin mayın 16-da İstanbulda keçirilən [Ukrayna üzrə] danışıqlardan sonra baş verənlər müzakirə edilib. İqtisadiyyat və enerji sektorunda ikitərəfli əlaqələr də müzakirə edilib”, – mənbələr qeyd ediblər. (Tass)