Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, region ölkələri “İslam Dövləti” terror qruplaşmasına (İD, Rusiyada qadağan olunub) qarşı birgə fəaliyyət göstərmək və bu məqsədlə əməliyyat mərkəzi yaratmaq barədə razılığa gəliblər.
“Biz region ölkələri olaraq İŞİD-ə qarşı mübarizədə qərarlıyıq. Türkiyə də uzun müddətdir ki, bu mübarizəni öz tərəfində aparır. İŞİD bir ölkəyə deyil, regionun bir çox dövlətinə zərər vurduğundan qrupla təkbaşına mübarizə aparmaq çətindir. Ona görə də bizim üçün birləşmək və güclü platforma yaratmaq vacib idi. İndi biz bu platformanın yaradılması üçün ilk addımı atmışıq. Bundan sonra keçiriləcək müştərək əməliyyat mərkəzinin yaradılmasında konkret addımlar atılacaq” Türkiyə, Suriya, İordaniya, İraq və Livan xarici işlər nazirlərinin iştirakı ilə rdan. Yayım Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən sosial şəbəkələrdə aparılıb.
Kürdüstan Fəhlə Partiyası (Türkiyədə terror təşkilatı kimi tanınan PKK) məsələsinə toxunan Fidan “PKK-nın Türkiyədə bir kvadrat metr ərazisinə nəzarət etməsə də, Suriyanın üçdə birini işğal edib, enerji qaynaqlarına nəzarət etdiyini” diqqətə çatdırıb. “İraqda İraq Kürdüstanında 700 kəndi, Sincar bölgəsini və bəzi digər əraziləri işğal ediblər. Yəni bu, təkcə Türkiyənin problemi deyil”, – nazir qeyd edib.
Fidan xüsusi olaraq vurğuladı ki, PKK regional problem olduğundan ona “İŞİD-ə qarşı tətbiq olunan metodologiya və tədbirlərlə yanaşılmalıdır”.