Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda təmaslar zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərindən peşəkar yanaşma gördüyünü bildirib.
“Təbii ki, peşəkarlıq var. Mən bunu görürəm. Bəli, bəzən insanlarda emosional anlar olur, əsəbi ola bilirlər, amma ümumilikdə emosiyaların səviyyəsi gözlədiyimdən xeyli aşağı olur. Qızğın müzakirələr, təhqirlər, ittihamlar və s. olmayıb. Artıq hər kəs bu müharibədə öz mövqeyini anlayır ki, irəliləməyə çalışırlar. Bu, TRT-də yaxşı danışıqlar idi”, – nazir bildirib. (Tass)