Türkiyə və Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün səyləri daim əlaqələndirirlər. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda misirli həmkarı Sameh Şükri ilə görüşündən sonra bildirib.
“Biz Qəzzadakı çətin vəziyyəti və bölgəyə humanitar yardımın çatdırılması üçün görülə biləcək səyləri ətraflı müzakirə etdik”, – deyə Fidan bildirib. (Tass)