Slovakiyanın baş naziri Robert Fiko özünün Facebook səhifəsində Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallasın hədələrinə baxmayaraq, mayın 9-da Moskvada keçiriləcək 80 illik yubiley tədbirlərinə gedəcəyini açıqlayıb.
“Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm”, – Fiko yazıb. “Mən mayın 9-da Moskvaya gedirəm. Kallasın xəbərdarlığı şantajdır, yoxsa Moskvadan qayıdan kimi cəzalandırılacağıma dair açıqlama? Bilmirəm, amma bilirəm ki, 1939-cu il deyil, 2025-ci ildir”.
Fico-ya görə, Kallasın bəyanatı Avropa İttifaqında demokratiyanın mahiyyəti ilə bağlı müzakirələrin aparılmasının zəruriliyinin təsdiqidir. Baş nazir Aİ-nin Rumıniya və Fransada keçirilən prezident seçkilərinə, Qərbin Gürcüstan və Serbiyada təşkil etdiyi “Maydanlar”a yanaşmasını tənqid edib”.
“Xanım Kallas, sizə bildirmək istəyirəm ki, mən Slovakiyanın, suveren dövlətin qanuni Baş naziriyəm. Heç kim mənə hara gedə biləcəyimi və ya edə bilməyəcəyimi deyə bilməz. Mən Moskvaya gedəcəyəm və Slovakiyanın azad edilməsində həlak olmuş minlərlə Qırmızı Ordu əsgərinin xatirəsini ehtiramla yad edəcəm”, – deyə Fiko yekunlaşdırıb. (Tass )