“Türk Dünyası Notariat Birliyinin qurulması Türk Dövlətləri Təşkilatı (TDT) arasında hüquq və ədliyyə sahəsinin inkişafına töhfə verəcək”.
“Report”un Ankara bürosunun verdiyi xəbərə görə, bunu Ankarada TDT-yə üzv dövlətlərin Türk Dünyası Notariat Birliyinin qurulması ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov deyib.
Nazir TDT-yə üzv dövlətlərin toplantıdakı təmsilçilərinə təşəkkür edib: “Türkiyə başda olmaqla, TDT ölkələrinə Azərbaycanın haqq işinə dəstək verdiklərinə görə təşəkkür edirəm. Ərazilərimizin işğaldan azad olunması bizə imkan verir ki, Zəngəzur dəhlizi açılsın. Bu, həm logistika baxımından, həm də digər mənalarda Türk dünyası arasında körpü rolunu oynayacaq”.