AZƏRTAC xəbər verir ki, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti (bədii rəhbər – Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri – Mahir İbrahimov) və konsertmeysterlər – Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə solistlər – Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Nuriyyə Hüseynova, Arzu Əliyeva, Ehtiram Hüseynov, xanəndələr Eldəniz Məmmədov, Rəvanə Qurbanova, Murad Laçın, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov öz ifalarını musiqisevərlərə təqdim ediblər.
Proqramda Tükəzban İsmayılovanın repertuarından təsniflər, bəstəkar və xalq mahnıları səslənib.