Fransanın tarixi lideri, general Şarl de Qollun böyük oğlu admiral Filip de Qoll 103 yaşında vəfat edib. Bu barədə Agence France-Presse məlumat yayıb .
AFP-nin məlumatına görə, Filipp de Qoll “son iki ildə yaşadığı Milli Əlillər İnstitutunda çərşənbə axşamından çərşənbəyə keçən gecə vəfat edib”.
General de Qoll və həyat yoldaşı İvonnanın üç övladı var idi. Onlardan ikisi Filipdən əvvəl öldü. Dövlət xadiminin kiçik bacısı 1948-ci ildə 20 yaşında dünyasını dəyişib.
(Tass)