Filippin böyük dövlətlər arasında qarşıdurmada iştirak etməkdən imtina edir və Cənubi Çin Dənizində (SCS) öz maraqlarını müdafiə etmək üçün güc tətbiq etmək niyyətində deyil. Bu barədə respublika prezidenti kiçik Ferdinand Markos Filippin hərbçilərinə müraciətində bildirib.
“Biz böyük güclərin rəqabət mübarizəsində bizi bu və ya digər tərəfi seçməyə məcbur edən qaydalarla oynamaqdan imtina edirik. Həqiqətən xalqa xidmət edən heç bir hökumət insanların həyatını təhlükəyə atmaz”, – GMA News Filippin prezidentinin sözlərini sitat gətirib.
Kiçik Markos Filippinin Cənubi Çin dənizində heç kimə qarşı güc tətbiq etməyəcəyini vurğulayıb. “Vəzifələrimizi yerinə yetirərkən biz güc və ya hədə-qorxuya əl atmayacağıq və ya qəsdən kiməsə xəsarət yetirməyəcəyik”. “Biz müharibəni qızışdırmaq işində deyilik. Bizim əsas məqsədimiz hər bir filippinli üçün dinc və firavan həyatı təmin etməkdir”, – Filippin lideri əlavə edib. (Tass)