Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot hesab edir ki, Avropa ölkələri Avropa İttifaqını dağıtmalıdırlar. Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Siyasətçi Macarıstanın baş naziri Viktor Orbanın “sülhməramlı missiya ilə Ukrayna və Rusiyaya səfərindən sonra” Brüssel tərəfindən onu boykot etməsinə qarşı çıxıb. “Avropa İttifaqı sülhə doğru heç bir addım atmaq istəmir, bu, AB-nin çılğın olduğunu göstərir, onu məhv edək” deyib.
O, həmçinin Fransanın cəmiyyətdən dərhal çıxmasına çağırıb. (Tass)