ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında gözlənilən görüş xəbəri Fransa lideri Emmanuel Makron və Vladimir Zelenskini heyrətə salıb və çaşdırıb. Bu fikri özünün X səhifəsində Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib.
“Gələn həftə Alyaskada keçiriləcək Tramp-Putin görüşünün elanı bomba idi! O vaxtdan bəri Makron və Zelenski itmiş, heyrətə gəlmiş, yönünü itirmiş və depressiyaya düşmüşlər: onların planı tamamilə iflasa uğradı”, – o yazıb.
Filippo qeyd edib ki, Kiyevin digər avropalı müttəfiqləri də “eyni stupor vəziyyətindədirlər”. (Tass)