İyun 22, 2025-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib

2023:11:29 - 13:14
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dövlət sifarişi, kommersiya və sənət filmi istiqamətlərində 1-i qısametrajlı, 3-ü tammetrajlı sənədli, 2-si qısametrajlı, 4-ü tammetrajlı bədii, 1-i qısametrajlı animasiya olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Daha sonra həmin film layihələri ilə bağlı müzakirə aparılıb.

Sonda Ekspert şurasının yekun qərarı elan olunub. Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihənin 9-u, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin hamısı Ekspert şurası tərəfindən təsdiq edilib.

Bundan əlavə, istehsalına dəstək göstərilməsi təklif olunan 2 film də mövzu və ideyası nəzərə alınaraq, müəyyən əlavə və dəyişiklik edilmək şərti ilə şura tərəfindən təsdiqlənib.

Xatırladaq ki, film layihələri müsabiqəsi Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən bu ilin 18 iyul tarixində elan edilmişdi.

Noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) elan etdiyi film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiəsi (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.

Əvvəlki Yazı

Nobel mükafatı laureatı AMEA-nın fəxri üzvü seçilib

Növbəti Yazı

Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.