Helsinki Rayon Məhkəməsi əvvəllər Ukraynanın tələbi ilə saxlanılan Rusiya vətəndaşı Vojislav Tordenin həbs müddətini uzadıb. Bu barədə Yle portalı məlumat yayıb.
“Ukraynada terror cinayətləri törətməkdə şübhəli bilinən rusiyalı Finlandiyada həbsdə qalır”, – deyə məlumatda bildirilir. Qərar Sərhəd Mühafizəsinin müraciəti əsasında qəbul edilib.
Dekabrın 8-də Finlandiyanın Ali Məhkəməsi 36 yaşlı Tordenin Ukraynaya ekstradisiyasından imtina edərək, onun dərhal azadlığa buraxılması barədə qərar qəbul edib. Helsingin Sanomat xəbər verir ki , azad edildikdən dərhal sonra Torden Finlandiya sərhədçiləri tərəfindən saxlanılıb.
Əvvəllər Yan Petrovski adını daşıyan Torden Rusiya Federasiyasının vətəndaşıdır. O, Avropa İttifaqının və ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib. Ukrayna tərəfi 2014-2015-ci illər arasında Donbassda törədildiyi iddia edilən cinayətlərə görə onun ekstradisiyasını istəyir. (Tass)