Finlandiya təhlükəsizlik polisi Supo illik təhlükəsizlik icmalında Rusiyanın ölkə üçün əsas təhlükə olduğunu təkrarlayıb. Müvafiq hesabat təşkilatın saytında dərc olunub.
Finlandiya polisinin ən azı bir neçə son hesabatında eyni iddia irəli sürülüb.
Finlandiya polisi hesab edir ki, Rusiyanın hərəkətləri “Finlandiyanın milli təhlükəsizliyi üçün ən böyük təhdid” olaraq qalır, çünki Helsinkiyə görə, Rusiya Finlandiyaya “dost olmayan dövlət və casusluq və zərərli təsir fəaliyyətləri üçün hədəf kimi” baxır.
Hesabat müəlliflərinin fikrincə, “Rusiyanın Finlandiyaya təsir əməliyyatları” guya “Finlandiyanın NATO-ya üzvlüyünün xarakterinə təsir etmək” məqsədi ilə həyata keçirilir. Rusiya Federasiyasının bunu necə və hansı məqsədlə etməyə çalışdığı açıqlanmır.
Hesabatda bildirilir ki, Finlandiyanın üzləşdiyi terror təhlükəsinin səviyyəsi ciddi şəkildə dəyişməyib.
Bir neçə ildir ki, dörd ballıq şkala üzrə ikinci (artmış) səviyyədə qalıb. Hesabatda deyilir ki, Finlandiyada ən çox ehtimal edilən terror hücumu təhlükəsi ifrat sağçı və ya radikal islamçı ideologiyanı təbliğ edən fərdlər və ya kiçik qruplardan gəlir.
(Tass)