Finlandiya Daxili İşlər Nazirliyi təhlükəsizlik baxımından Finlandiyaya giriş qadağasının müddətini 5 ildən 15 ilə qədər artırmağı və əcnəbilərin Finlandiyada yaşamaq icazəsini (yaşayış icazəsi) uzaqdan ləğv etməyi təklif edib.
Hökumətin müvafiq təklifi oktyabrın 3-də ölkə parlamentinə təqdim edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Finlandiyadan kənarda yaşayan əcnəbi, Finlandiyada dinləmə olmadan ictimai asayiş və təhlükəsizliyə təhlükə törətdiyinə görə onun yaşayış icazəsi ləğv edilə və ölkəyə girişi qadağan edilə bilər”.
Həmçinin deportasiya edilməli olan şəxslər üçün həbsdə saxlama müddətinin maksimum müddətinin 12 aydan 18 aya çatdırılması təklif edilir. (Tass)