ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilər. Bu fikri Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Jussi Lassila deyib.
“Trampın Rusiyanın nöqteyi-nəzərinə meyli görünməmiş həddə çata bilər”, o, STT-yə deyib . Lassilanın sözlərinə görə, Rusiya ABŞ-la razılaşmalar çərçivəsində NATO-dan 1997-ci il sərhədlərinə qayıtmasını tələb edə bilər ki, bu da praktikada bu yaxınlarda alyansa qoşulan Finlandiya və İsveçin kənarda qalması demək olardı. “Biz buna hazır olmalı və soyuqqanlılığımızı qorumalıyıq”, – ekspert vurğulayıb.
Finlandiya 2023-cü ilin aprelində rəsmi olaraq NATO-ya üzv oldu. (Tass)