2024-cü ildə Eurovision Mahnı Müsabiqəsi üçün Finlandiyanın milli seçimində qalib gələn Windows95man duetinin üzvləri İsrailin beynəlxalq müsabiqədə iştirakına qarşı olduqlarını bildiriblər.
“Biz İsrailin iştirak etməməsini istərdik. Bu, pis vəziyyətdir. Bizim hələ yaza qədər vaxtımız var. Ümid edək ki, Avropa Yayım İttifaqı düzgün qərarlar verəcək”, – aparıcı müğənni Teemu Keysteri Yle TV-yə müsahibəsində deyib.
Fevralın 10-da Finlandiyada Eurovision üçün milli seçim keçirilib. Finalda Windows95man qrupu qalib gələrək beynəlxalq auditoriyaya No Rules mahnısını təqdim edəcək. (Tass)