Rusiya ilə sərhədə kütləvi qaçqın axını Finlandiya və Avropa İttifaqının suverenliyinə hücumdur. Bu sözləri Yle telekanalının səhər proqramına müsahibəsində Finlandiya hökumətinin başçısı Petteri Orpo deyib.
“Bu, Finlandiya və Avropa İttifaqının suverenliyinə, sərhədlərimizə açıq hücumdur” Orpo, Finlandiya tarixində misli görünməmiş Rusiya ilə sərhədə qaçqın axınından danışarkən deyib. Eyni zamanda, “bu, başqa bir ölkənin hakimiyyətinin iştirak etdiyi mütəşəkkil bir fəaliyyətdir” Orpo vurğulayı
O, Rusiya ilə sərhəddə sığınacaq axtaran şəxslərin müraciətlərinin qəbulu üçün məntəqələrin olmamasına da münasibət bildirib. Orpo qeyd edib ki, “Əgər xarici bir ölkənin hibrid hücumunun hədəfi olsaq, şərq sərhədində sığınacaq axtarmağı tamamilə dayandırmaq və onu başqa yerdə cəmləşdirmək hüququmuz var”.
Dekabrın 15-də STT agentliyi sərhədçilərin məlumatlarına istinad edərək, Rusiya ilə sərhədə bir gündə qaçqınların gəlməsi ilə bağlı tarixi rekord – 230-dan çox insan olduğunu bildirib. (Tass)