İyun 18, 2025-22:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov DSX Xüsusi Məktəbinin qonağı olub

2024:03:12 - 16:10
in SOSİAL
A A

Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin qonağı olub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, pedaqoji heyətlə görüşündə professor ölkəmizdə müəllim adını hər zaman uca tutan, hərtərəfli dünyagörüşünə sahib olan Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafında müstəsna xidmətlərindən danışıb. Xüsusi Məktəbin 2011-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilməsinin təhsil naziri olduğu vaxta təsadüf etdiyini bildirib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlərindən danışan Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun alim və professor heyətinin Xüsusi Məktəbin müəllim və kursant heyəti ilə davamlı görüşlərinin təşkil olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyət göstərməsinin dövlətimiz və təhsilimiz üçün çox böyük əhəmiyyətə malik olduğu bildirilib, kursantlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə edilərək təhsilin müsbət dinamik inkişafı xüsusi qeyd olunub, auditoriyalarda canlı dərs prosesinə baxış keçirilib.

Rəsmi hissə başa çatdıqdan sonra professor Misir Mərdanov Xüsusi Məktəbin zəngin kitab fonduna malik kitabxanası ilə tanış olub, eləcə də müəllifi olduğu “Riyaziyyat” kitablarını məktəbə hədiyyə edəcəyini bildirib.

Sonda müəllim heyəti ilə təcrübə mübadiləsi aparılıb və kursantlara əhəmiyyətli tövsiyələr verilib, Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkilib.

Əvvəlki Yazı

Danimarkada BƏƏ və Azərbaycan COP sədrlikləri ilə birgə toplantı keçiriləcək

Növbəti Yazı

Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada “Şöhrət” mükafatı ilə təltif olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.