Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun subsidiya ödənişinə dair təsdiqlədiyi müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çox olub.“Report” xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.Onun sözlərinə görə, son 1 ildə təsdiqlənmiş müraciətlər üzrə köçürülən vəsaitin məbləği isə 1,5 dəfə artıb.