Fevral 15, 2026-3:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

“France 24″ə müsahibəsində İlham Əliyev ölkənin prinsipial mövqeyini bir daha açıq şəkildə bəyan etdi – RƏY

2026:02:14 - 14:32
in MANŞET
A A

France 24-ə müsahibəsində İlham Əliyev ölkənin prinsipial mövqeyini bir daha açıq şəkildə bəyan etdi – RƏY

Prezident İlham Əliyevin Münxendə “France 24” telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyinin, strateji prioritetlərinin və prinsipial siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir.

Bunu “Report”a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O qeyd edib ki, dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil və qətiyyətli siyasət kursunun növbəti dəfə beynəlxalq auditoriyaya aydın və əsaslandırılmış şəkildə təqdimatıdır.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı ölkənin prinsipial mövqeyini və əsas şərtlərini bir daha açıq şəkildə bəyan etdi:

“Regionda davamlı sülhün təmin olunması üçün ilk növbədə qarşılıqlı olaraq ərazi bütövlüyünün və suverenliyin tanınması fundamental şərtdir. Fikrimcə, sülh sazişi real hüquqi və siyasi əsaslara söykənməli, gələcəkdə hər hansı revanşist meyillərə yol verməyən mexanizmləri özündə ehtiva etməlidir”.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyev jurnalistin Bakıda Azərbaycan məhkəməsinin hökm çıxardığı separatçılarla bağlı sualını dəqiqliklə əsaslandırıb və tutarlı arqumentlərlə cavablandırıb:

“Prezident İlham Əliyev vurğuladı ki, “ABŞ-nin Vitse-prezident Cey. Di. Venslə Bakıda bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam”. Onlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan, o cümlədən Ermənistan tərəfindən də qəbul edilən suveren ərazisində uzun illər qanunsuz fəaliyyət göstərmiş separatçı rejimin rəhbərləri olublar. Həmin rejim Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin əsas alətlərindən biri kimi çıxış edib və bölgədə davamlı gərginliyin, silahlı toqquşmaların və humanitar fəlakətlərin əsas səbəblərindən olub”.

S.Salmanova vurğulayıb ki, bu şəxslər azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır cinayətlərin, o cümlədən müharibə cinayətlərinin bilavasitə təşkilatçıları və icraçıları kimi tanınır:

“Onların fəaliyyəti nəticəsində dinc əhali hədəfə alınıb, yaşayış məntəqələri dağıdılıb, beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulub. Uzun illər bu cinayətlərə hüquqi qiymət verilməsi mümkün olmasa da, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ədalətin təmin edilməsi istiqamətində ardıcıl addımlar atılıb”.

Əvvəlki Yazı

Bazar günü yağış yağacaq

Növbəti Yazı

Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.