Fransa Qəzza zolağına 600 ton humanitar yardım göndərəcək. Bu barədə jurnalistlərə Respublika Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
“600 ton humanitar yardım dəniz yolu ilə Qəzza zolağına göndəriləcək”, – diplomatik departamentin nümayəndəsi bildirib.
O, Parisin bundan əvvəl Qəzzaya ərzaq və tibbi avadanlıq da daxil olmaqla 200 tona yaxın yardım göndərdiyinə aydınlıq gətirib. (Tass)