Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lecornu hərbi sənayedən hava hücumundan müdafiə raketlərinin istehsalına üstünlük verilməsini tələb edib.
“Mən subpodratçıları hərbi sifarişlərə mülki müqavilələrdən üstün tutmağa məcbur etmək üçün inzibati səlahiyyətlərdən istifadə edirəm”. Lecornu italyan həmkarı Guido Crosetto ilə danışıqlardan sonra bildirib ki, “Aster yer-hava raketləri ön planda olmalıdır.”
Agence France-Presse xəbər verir ki , oxşar sifariş artıq həm mülki aviasiya, həm də hərbi ehtiyaclar üçün məhsullar tədarük edən Aubert et Duval metallurgiya müəssisəsi tərəfindən alınıb.
Nazirin tapşırığı ilə əlaqədar olaraq, “Aster” raketlərinin istehsalçısı olan Fransa-İtaliya şirkəti MBDA 2026-cı ilə qədər hava hücumundan müdafiə raketlərinin istehsal dövrünü 42 aydan 18 aya endirməyi planlaşdırır. Bu, eyni tarixə qədər raket istehsalını 50% artırmağa imkan verəcək. (Tass)