Avropa ölkələri İranın nüvə proqramı üzrə sazişin şərtlərinə əməl etmək niyyəti ilə bağlı Tehrandan kifayət qədər təminat almadıqları təqdirdə, 10 il əvvəl ləğv edilmiş İrana qarşı sanksiyaları yeniləyə bilər. Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünə gələrkən deyib.
“Fransa və tərəfdaşlarının on il əvvəl qaldırılmış silah, bank və nüvə avadanlığına qlobal embarqonu yenidən tətbiq etmək hüququ var. İrandan möhkəm, maddi və yoxlanıla bilən öhdəliklər olmadan, biz bunu avqustun sonundan gec olmayaraq edəcəyik” deyib.
Nazir İran həbsxanalarında saxlanılan Fransa vətəndaşlarının dərhal azad edilməsini və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin İranın nüvə obyektlərində işini bərpa etməsini istəyib. Barrot deyib: “İranın nüvə və raket proqramı çərçivəsində nizamlanma və razılaşma əldə etməyə imkan verəcək diplomatik prosesi bərpa etmək lazımdır”. (TASS)