İyul 31, 2025-1:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Fransada “Azərbaycan və Avropa: yeni enerji bölməsi” adlı kitab dərc edilib

2024:10:04 - 10:20
in SOSİAL
A A

Fransada tədqiqatçı-jurnalist Yan Kasparın ölkəmizin Avropanın enerji təhlükəsiziliyinə verdiyi töhfələrdən bəhs edən “Azərbaycan və Avropa: yeni enerji bölməsi” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Edition du Cygne” nəşriyyatının dərc etdiyi kitabda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərdə enerjinin rolundan, enerji sahəsindəki əməkdaşlıqdan bəhs olunur. Rusiya-Ukrayna müharibəsi kontekstində bu əməkdaşlığın strateji mahiyyəti göstərilir. Bildirilir ki, Brüssel hazırda enerji təhlükəsizliyini, enerji təchizatının şaxələndirilməsini, bir sıra üzv dövlətlərin Rusiyadan asılılığına son qoyulmasını təmin etmək üçün Bakıya ümid edir.

Kitabda Azərbaycanın güclü qaz ixrac potensialına malik olmasından, hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına qoşulmasından söz açılır. 2022-ci il iyulun 18-də Aİ və Azərbaycan 2027-ci ilə qədər bu marşrutla çatdırılma qabiliyyətini iki dəfə artırmağa dair qərarı xatırlanaraq, Bakının Avropa enerji strategiyasında oynadığı və oynamağa davam edəcəyi əsas roldan danışılır. Həmçinin, Aİ və Azərbaycan arasında bərpa olunan enerji sahəsində əməkdaşlıqdan söz açılır. Azərbaycan enerji portfelinin şaxələndirilməsi strategiyası ilə məşğul olmasından, yaşıl enerjinin istehsalı və ixracı üçün əhəmiyyətli potensiala, eləcə də Aİ-nin iqlim və ətraf mühitlə bağlı məqsədlərinə nail olmaq üçün istifadə etmək niyyətində olduğu imkanlarından yazılır. Bakının ev sahibliyi edəcəyi iqlim dəyişikliyi ilə mübarizədə bütün qlobal oyunçuların illik toplantısı olan COP29-da Azərbaycanın paylaşdığı məqsədlərdən bəhs olunur. Xəzər dənizində strateji mövqeyə malik olan və ən qabaqcıl enerji strategiyalarını müdafiə edən Azərbaycanın gələcək illərdə Aİ ilə əlaqələrini daha da gücləndirəcəyindən danışılır.

Əvvəlki Yazı

DİN: Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Növbəti Yazı

Bakıda UNESCO-nun ikinci subregional konfransı keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.