Parisin kommersiya məhkəməsi İsrail şirkətlərinin iyunun 17-də açılan “Eurosatory 2024 ” müdafiə sərgisində iştirakına qadağa qoyulmasını ayrı-seçkilik kimi qiymətləndirib.
Mayın sonunda Fransa Silahlı Qüvvələr Nazirliyi Qəzza zolağında davam edən qarşıdurma fonunda İsrail istehsalçılarının müdafiə sərgisində iştirak edə bilməyəcəklərini açıqlamışdı. Bu qərar daha sonra paytaxt Bobiqni ətrafında məhkəmənin qərarı ilə təsdiqlənib.
Telekanalın məlumatına görə, Paris Ticarət Məhkəməsi Fransa-İsrail Ticarət Palatasından daxil olan iddia əsasında qadağaya baxmağa başlayıb. BFMTV xəbər verir ki, məhkəmə qərarında İsrail şirkətlərinin iştirakına qadağanın “ayrı-seçkilik olduğunu və istehsalçılara öz məhsullarını müdafiə sərgisinin stendlərində nümayiş etdirmək hüququ verilməli” qərarını verib.
Onun sözlərinə görə, ümumilikdə İsrailin 70-dən çox müdafiə şirkəti ilkin olaraq Eurosatory 2024-də iştirak etməyi planlaşdırırdı. (Tass)