İyunun 30-da Fransada keçiriləcək növbədənkənar parlament seçkilərinin birinci turu ərəfəsində Milli Mitinq partiyasının reytinqi rekord həddə – 37%-ə yüksəlib. Bu barədə “Radio Classique” radiostansiyası sosial araşdırma məlumatlarına istinadən məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Milli Mitinqin reytinqi “növbədənkənar seçki kampaniyası başlayandan bəri ən yüksək səviyyəyə çatıb və 37% təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə iki faiz çoxdur”.
Sosioloqların qeyd etdiyi kimi, sol qüvvələrin Yeni Xalq Cəbhəsi koalisiyasına dəstək səviyyəsi ötən həftə ilə müqayisədə eyni qalıb və təxminən 28% təşkil edir. Prezident partiyası son bir həftə ərzində iki faiz bəndi itirib – hazırda onun reytinqi təxminən 20%-dir.
Radio Classique-in məlumatına görə, səsvermə 26 və 27 iyun tarixlərində seçici siyahılarında qeydə alınmış 1058 nəfərin iştirakı ilə keçirilib. Statistik səhv 1,4-3,1 faiz bəndi arasında dəyişə bilər. (Tass)