Avqust 21, 2025-10:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fransadakı Azərbaycan icması AŞPA-ya etiraz edib

2024:01:26 - 17:17
in SİYASƏT
A A

Fransada yaşayan Azərbaycan icması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə 24 yanvar 2024-cü il tarixli qətnaməsini qətiyyətlə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının adından AŞPA-ya ünvanlanan bəyanatda bildirilib ki, belə qətnamənin Azərbaycanla Avropa ictimaiyyəti arasında geniş şəkildə əməkdaşlığın əsasının başlandığı, Azərbaycanın Avropa Şurasına qəbul olunmasının 23-cü ildönümü ərəfəsində qəbul edilməsi xüsusilə yolverilməzdir.

Azərbaycanın qanunun aliliyi və hüquqi islahatlar sahəsində Avropa Şurası ilə əməkdaşlığı davam etdirməsi sayəsində ölkədə böyük nəticələrə nail olunduğu, Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərar və qətnamələrinə sadiqlik nümayiş etdirdiyi diqqətə çatdırılıb: “Bu, ölkədə vətəndaş cəmiyyətinin rifahı naminə əməkdaşlığın güclü göstəricisidir”.

Belə məqamda AŞPA üzvlərinin qətnaməsi “ikitərəfli əməkdaşlığın nəticələrinin məhv edilməsi cəhdi” kimi qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, hazırda Avropanın astanasında faciəvi geosiyasi hadisələrin baş verdiyi dövrdə AŞPA-nın belə qərar qəbul etməsi öz dəyərlərinin məhv edilməsindən başqa bir şey deyil: “Avropa Şurası kimi platformalar hazırkı qətnamənin müzakirəsi üçün beynəlxalq foruma çevriləndə AŞPA öz ilkin prinsiplərindən çəkilir, ədalətsiz və qərəzli mövqe nümayiş etdirir”.

Fransadakı icmamız AŞPA-nı beynəlxalq hüququn gücünü və prinsiplərini kövrək demokratiyaların mövcud olduğu Azərbaycan kimi ölkələrə qarşı təzyiq vasitəsinə çevirməməyə, belə üzv-dövlətləri təşviq etməyə çağırıb.

Əvvəlki Yazı

Kəlbəcərdə silah-sursat tapılıb

Növbəti Yazı

XİN: “Azərbaycanın davamlı və bərpa olunan enerjiyə keçidə nail olmaq öhdəliyi sarsılmazdır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.