İyul 31, 2025-20:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fransanın qərəzli qətnaməsi və yaxud Azərbaycan sülh prosesində təzyiqlərə boyun əymir ŞƏRH

2025:07:28 - 17:40
in SİYASƏT
A A

Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülmüş növbəti qətnamə layihəsi bir daha göstərdi ki, bu ölkədə bəzi siyasi dairələr Cənubi Qafqazda sülhə və sabitliyə qarşı qərəzli və təhlükəli yanaşmalarını davam etdirirlər. Qətnamənin müəllifləri isə daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən və anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova səsləndirib. Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə – xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə təşəbbüsünün ortaya atılması Fransanın sülh prosesindən narahat olduğunu və prosesdən kənarda qalmasını həzm edə bilmədiyini açıq şəkildə sübut edir: “Fransa Milli Assambleyası tərəfindən irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Reallıqların təhrif edilməsi, yalan məlumatlar üzərindən siyasi nəticələr çıxarılması, rəsmi Parisin hansı maraqlara xidmət etdiyini aydın göstərir. Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində – Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərdə yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin açıq-aşkar ikili standartlara əsaslanan neokolonial siyasətinin göstəricisidir”.

Deputat bildirib ki, Fransanın Azərbaycana qarşı bu cür qərəzli yanaşmalarının bir səbəbi də Bakı Təşəbbüs Qrupu tərəfindən Yeni Kaledoniyaya göstərilən beynəlxalq dəstəkdir: “Görünən odur ki, Azərbaycanın bu sahədə apardığı ədalətli təşəbbüslər Fransada ciddi narahatlıq doğurur və cavab olaraq ölkəmiz əleyhinə qondarma qətnamə layihələri ilə cavab verməyə çalışırlar. Azərbaycan dövləti və xalqı bu kimi qərəzli və siyasi motivli hücumlara qarşı hər zaman milli maraqlara, beynəlxalq hüquqa və prinsipial mövqeyə əsaslanan qətiyyətli siyasət nümayiş etdirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara söykənən siyasət Azərbaycanın regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş və real sülh təminatçısı kimi mövqeyini gücləndirib. Fransa və onunla eyni mövqeni bölüşən dairələr anlamalıdırlar ki, Azərbaycanın iradəsinə heç bir təzyiq təsir göstərə bilməz. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və Cənubi Qafqazda baş verən proseslərə hər hansı xarici müdaxiləyə yol verilməyəcək”.

Əvvəlki Yazı

Zəngəzur dəhlizi geosiyasi və iqtisadi baxımdan bütöv bir coğrafiyanın yenidən bərpasıdır – ŞƏRH

Növbəti Yazı

Dövlət Neft Fondunun “Enfinity Global” ilə əməkdaşlığı strateji baxımdan əhəmiyyətlidir – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.