Fələstinin HƏMAS hərəkatının İsrailə hücumu nəticəsində həlak olan Fransa vətəndaşlarının sayı 11-ə çatıb.
“Bu gün biz bu terror aktlarının qurbanı olmuş 11 soydaşımızın ölümü üçün yas tuturuq”.
Köşə əlavə etdi ki, “müəyyən sayda ölkə vətəndaşları haqqında məlumat yoxdur”. Bundan əvvəl Fransanın baş naziri Elizabet Born Senatda (parlamentin yuxarı palatası) çıxış edərək 18 fransız itkin düşdüyünü bildirmişdi.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, hücumlar nəticəsində bəzi fransızların xəsarət alması mümkündür, lakin onların sayı-hesabı yoxdur. (Tass)