İsrailin Qəzzada törətdiyi soyqırımı ilə bağlı Noyabrın 9-da BCM-yə təqdim edilən şikayət ərizəsini imzalayan vəkillərdən Ben Hassine bu prosesi və Qəzzada mülki şəxslərə qarşı hücumları dəyərləndirib.
Fransanın Toulon Vəkillər Kollegiyasına bağlı hüquqşünas Ben Hassine Qəzzada baş verənlərin üzə çıxarılmasında hadisələrin şahidlərinin çəkdiyi görüntülərin əhəmiyyətinə diqqət çəkib.
Ben Hassine fələstinlilərin blokadaya görə yaşadıqlarını, onlara qarşı törədilmiş cinayətlərə dair kifayət qədər dəlil olmasına baxmayaraq, səslərini hüquq müdafiəçilərinə çatdıra bilmədiklərinə diqqət çəkib.
İsrail Ordusunun Qəzzada törətdiyi vəhşilikləri gizlətməyə belə ehtiyac olmadığını ifadə edən Ben Hassine Beynəlxalq Amnistiya Təşkilatının apardığı araşdırmada İsrail ordusunun Qəzzada ağ fosfor ehtiva edən sursatdan istifadə etdiyinin müəyyən edildiyini bildirib.
İsrailin 2009-cu ildə Qəzzada ağ fosforlu sursatdan istifadə etdiyini xatırladan Ben Hassine, İsrail rəhbərliyinin 2013-cü ildə bir daha bu sursatdan istifadə etməyəcəyinə söz verdiyini xatırladıb. (TRT Haber)