Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı “açıq” müharibə aparır.
“Zelenski tam fiaskodur! Onun baş komandanı Zalujnı indi ona qarşı açıq, qəddar və ictimai müharibə aparır!” – Filippo X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb və qeyd edib ki, Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zelenskiyə “əks-hücumun tam uğursuzluğuna görə hücum edib. ”
Fransa “Patriotları” liderinin sözlərinə görə, təxminən 450-500 min nəfərin səfərbər olmasını məhz Zalujnı tələb edib və Ukrayna prezidenti bununla razılaşmaq məcburiyyətində qalıb.
“Kiyev rejimi çökməkdə davam edir! Fransa bu qırğına dəstəyi dayandırmalıdır”, – Filippo yazıb. (Tass)