Kiyev əvəzinə Paris döyüşməməlidir, Ukraynaya silah tədarükü dayandırılmalıdır, çünki bu, Fransanın müdafiə sistemini məhv edir. Bu fikirləri “France Info” telekanalına açıqlamasında Fransanın Rekonkista partiyasının sədr müavini, Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) keçmiş deputatı (2012-2017) və 2024-cü il Avropa Parlamentinə seçkilərə namizəd Marion Mareşal deyib.
“Fransanın rolu Ukrayna əvəzinə döyüşmək deyil,” o qeyd edib: “Kiyevə silah tədarük etmək artıq son dərəcə çətin vəziyyətdə olan müdafiə sistemimizi məhv etmək deməkdir”.
Siyasətçinin sözlərinə görə, son “parlament hesabatları göstərir ki, yüksək intensivlikli müharibə olacağı təqdirdə Fransa 3 gün ərzində kifayət qədər sursata malik olacaq, eyni zamanda 100 km-lik cəbhəni güclə saxlaya biləcək”. “Fransada cəmi 200 tank var, Ukraynada isə hər gün təxminən 10 belə maşın məhv edilir”, – Mareçal qeyd edib.
O, həmçinin xatırladıb ki, əksər ölkələr Parisin Ukraynaya qoşun göndərmək ideyasını dəstəkləməyib.
(Tass)