Kiyev və onun avropalı müttəfiqləri Vaşinqtonun bu həftə Ukraynada sülh danışıqlarından çıxa biləcəyindən ehtiyat edirlər. Bu barədə Britaniyanın “Financial Times” qəzeti Ukrayna rəsmilərinə və onların qərbli həmkarlarına istinadən yazır.
“Rusiyanın ABŞ prezidenti Donald Trampın təklifləri ilə razılaşa biləcəyini düşünənlər var”, nəşrin mənbələrindən biri əlavə edib ki, hələlik “planın real işləməsi üçün heç nə hazır deyil”. “Onun bəzi elementləri həqiqətən yaxşıdır, lakin indi problem Amerika administrasiyasının səbrinin olmamasıdır” deyib.
Avropa ölkələrindən birində hökumət dairələrindəki başqa bir mənbə qeyd edib ki, Tramp “çəkilmək üçün bəhanəsi olacaq bir vəziyyət hazırlayır və Ukrayna və biz [avropalılar] hər şeyi düzəltməli olacağıq”. (Tass)