ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi Qərb banklarında Rusiya Federasiyasına qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı müzakirələrə səbəb olub. Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Portfel menecerlərindən biri nəşrə deyib: “Bu səhər bütün söhbətlər Rusiya ilə ticarətin necə aparılacağı və sanksiyaların ləğv edilib-edilməyəcəyi barədədir. Qərb banklarında treyderlər birdən-birə soruşurlar ki, onlar indi rublla ticarət edə bilərlərmi”. (Tass)