Hizbullah lideri Həsən Nəsrullahın ölümünün təsdiqlənməsi şiə hərəkatı üçün bütün varlığı ərzində ən güclü zərbə olacaq. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti yazır.
“Nəsrullahın ölümü təsdiqlənərsə, şübhəsiz ki, İranın dəstəklədiyi silahlı qruplaşmaya onun 40 illik mövcudluğunda vurulmuş ən ağır zərbə olacaq” deyən məqalədə Hizbullah liderinin ölümünün hərəkatın “gələcəyinə şübhə yaradacağı” vurğulanır.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Nəsrullahın cümə günü İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində öldürüldüyünü rəsmən açıqlamışdı. Hizbullaha yaxın mənbələrə istinad edən AFP agentliyi xəbər verir ki, hərəkat üzvləri cümə günü axşamdan etibarən Nəsrullahla əlaqə saxlaya bilmirlər. (Tass)