Avqust 22, 2025-3:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fuad Axundov: Ermənistan Azərbaycanın tarixi abidələrini dağıtmaqla həm də anti-xristian siyasəti aparır

2025:04:10 - 16:41
in SİYASƏT
A A

Ermənistan tarixi Azərbaycan torpaqlarında dini, mədəni abidələri dağıdıb. Bu abidələr içərisində Azərbaycanın xristian sivilizasiyasına aid olan Alban kilsələri də yer alır. Qarabağ ərazisində yerləşən və Qafqaz Albaniyası dövrünə aid olan Alban abidələri ermənilər tərəfindən dağıdılıb, tarixi görünüşü dəyişdirilərək erməniləşdirilməyə çalışılıb. Bu, təkcə Azərbaycanın tarixi abidələrinə qarşı törədilən vandalizm aktı deyil, həm də Ermənistanın anti-xristian siyasətidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Fuad Axundov aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” adlı Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransdakı çıxışında səsləndirib.

O diqqətə çatdırıb ki, Ermənistan regionda yeganə monoetnik dövlətdir. Bu, tarixin təbii gedişatının nəticəsi deyil, etnik təmizləmənin nəticəsidir. Bununla bağlı sənədlər, tarixi faktlar var: “Apostol Pavel deyirdi: “Nə yəhudi, nə yunan var, nə qul, nə də azad, nə kişi, nə də qadın var, çünki hamınız İsa Məsihdənsiniz”. Bunun əksinə olaraq isə Qaregin Njdenin ideyası – “tsexakron” ideologiyası yalnız ermənilər deyir”.

“Ermənistan Azərbaycan əhalisini öz tarixi torpaqlarından qovmaqla Azərbaycanın tarixi irsini məhv etdi, bütün toponimlərini və hidronimlərini dəyişdirdi, erməniləşdirdi. Həmçinin Alban kilsələrinin qədim memarlığını erməniləşdirdi. Ermənistanın bütün ərazisində on minlərlə azərbaycanlının qəbirləri dağıdıldı”, – deyə politoloq vurğulayıb.

Əvvəlki Yazı

Şəkidə baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür

Növbəti Yazı

Sabah rayonlarda yağış yağacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.