Sentyabr 3, 2025-13:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fuad Nəcəfli: Ermənistanın Araz çayını çirkləndirməsi nəticəsində bir çox bitki və heyvanın yox olması təhlükəsi yaranıb

2024:08:16 - 11:48
in SİYASƏT
A A

“Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərirdi”.

APA xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” ECOLEAD lahiyəsi çərçivəsində “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda Elmi-praktiki Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O bildirib ki, Ermənistan tərəfindən metalların zəhərli tullantıları həm Araz çayına, həm də “Şir arxı”na axıdılmaqla burada olan yüzlərlə köçəri quş və balıq məhv olub: “Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur. Demək olar ki, artıq bir çox bitki və heyvanın təbiətdən yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngi dəyişilib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir”.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, son zamanlar həmçinin, ekoterrorun nəticəsində Sədərək rayonunda “Şir arxı”da balıqlar məhv olub: “Eyni zamanda, Şahbuz rayonunda minaya düşən yerli vətəndaşın xəsarət alması Ermənistanın məkrli siyasətinin nəticəsidir”.

Əvvəlki Yazı

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

Növbəti Yazı

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.