“Report” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bu məbləğ yalnız sığortalı fermerlərə dəyən ziyana aiddir: “İlin əvvəlindən isə ümumilikdə 26 milyon manatlıq kənd təsərrüfatı məhsullarına tam və ya qismən zərər dəyib”.
F.Sadıqov qeyd edib ki, Azərbaycanda əkin sahələrinin 94 %-i aqrar sığorta xidmətlərinə əlçatandır:
“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olan 1,6 milyon hektar əkin sahəsinin 94 %-i aqrar sığorta xidmətlərinə çıxış imkanına malikdir. Lakin bu, həmin ərazilərin hamısının sığortalandığı anlamına gəlmir”.
Onun sözlərinə görə, 2024-cü ildə əkinə yararlı ərazilərin 27 %-i sığortalanıb və bu nəticə 4-5 illik fəaliyyət dövrü üçün uğurlu göstəricidir.
F. Sadıqov bildirib ki, bitkiçilik sahəsində istehsal olunan məhsulların 75 %-i üzrə aqrar sığorta xidmətlərinə əlçatanlıq təmin olunub və ötən il 531 milyon manatlıq məhsul sığortalanıb