2011-ci ilin yazında bu atom elektrik stansiyasında baş vermiş qəza zamanı faktiki olaraq zədələnməmiş “Fukusima-1” AES-in 5-ci enerji blokunun soyuducu hovuzundan 1500-dən çox yanacaq çubuqunun çıxarılmasına başlanılıb. Əməliyyat 2031-ci ilə qədər davam edəcək, Kyodo agentliyi xəbər verir.
Qeyd olunur ki, nüvə yanacağının müvəqqəti olaraq AES ərazisində başqa, daha təhlükəsiz su anbarına köçürülməsi nəzərdə tutulur.
5 nömrəli blokun hovuzunda 1374 ədəd işlənmiş yanacaq çubuqları, 168 ədəd isə istifadə olunmamış yanacaq çubuqları var. 2026-cı ilin mart ayının sonunadək onlardan 176 ədədi əməliyyatın birinci mərhələsi olaraq mərhələli şəkildə daha təhlükəsiz anbara köçürüləcək.
2011-ci ildə Fukusima Daiichi 5 və 6 bloklarında baş vermiş qəza zamanı heç bir ərimə və hidrogen partlayışı baş vermədi. Oradakı hovuzda saxlanılan yanacaq çubuqları da zədələnməyib. Onların sonda Yaponiyanın əsas Honsyu adasının şimalında yerləşən Aomori prefekturasındakı radioaktiv materialların saxlandığı daimi anbara köçürüləcəyi gözlənilir, lakin heç bir vaxt qrafiki müəyyən edilməyib. (Tass)