Avqust 25, 2025-2:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçiriləcək

2024:02:13 - 14:01
in SOSİAL
A A

AMEA-nın Folklor İnstitutu aprelin 5-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda elmi konfrans keçirəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edəcək məruzələr dinləniləcək. Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə tezislərini martın 20-dək fuzuli530@mail.ru ünvanına göndərə bilərlər. Bu tezislərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə martın 25-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək. Məruzələrin tam mətni mayın 1-nə qədər təqdim edilməlidir. Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları toplusuna salınmayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 25 yanvar tarixli Sərəncamında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında müddəalar öz əksini tapıb.

Məhəmməd Füzulinin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünyamiqyaslı mədəniyyət və sənət bayramı olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq Sərəncamı da klassik ədəbi-mədəni irsə verilən yüksək qiymətin təzahürüdür.

Əvvəlki Yazı

Ərdoğan: Türkiyə Qəzzada münaqişənin həllində vasitəçilik etməyə hazırdır

Növbəti Yazı

Peskov: Moskva İrəvan və Bakını təmkinli olmağa çağırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.