Avqust 12, 2025-7:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Füzulidə məktəb direktoru: “Düşünürsən ki, görəsən gəzdiyin torpaqda hansı şəhidimizin qanı var?”

2023:12:07 - 12:26
in SOSİAL
A A

“Ən çətin döyüşlərdən biri Füzuli uğrunda olub. Hər dəfə Füzulidə gəzəndə düşünürsən ki, görəsən torpaqda hansı şəhidimizin qanı var?”.

Bunu “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin direktoru Həcər Mahmudova deyib.

O qeyd edib ki, bu gün Füzulidə insanların sülh içində, rahat yaşaması üçün şəhidlər canlarından keçiblər.

“Ona görə işğaldan azad edilən ərazilərdə yaşamalı, yaratmalı, doğma yurdumuzda kök salmalıyıq”, – Həcər Mahmudova deyib.

Direktor bildirib ki, Füzulidə məktəbə direktor seçilmək onun üçün ən böyük şərəf, uğur və sevinc idi.

“Hal-hazırda kollektivimizdə 39 nəfər işçi var. Hər dəfə Füzuliyə köç edən ailələrin tərkibindən asılı olaraq dəyişəcək. Tədris ilinin sonuna qədər şagirdlərin sayının artım tempinə uyğun olaraq siniflərin sayının artmaq ehtimalı var. Məsələn, bu gün gələn köçdə də müəllimlərimizin gəlmək ehtimalı var”, – direktor qeyd edib.

O təhsil ocağının işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan ilk məktəblərdən biri olduğunu deyib: “Ona görə buranın bünövrəsi sağlam olmalıdır və bunun üçün də müəllimlərimizlə birgə əlimizdən gələni edəcəyik”.

H.Mahmudova vurğulayıb ki, məktəbin pedoqoji heyəti olaraq şagirdlərin asudə vaxtlarını səmərəli keçimələri üçün çalışırlar: “Bunun üçün onların maraq dairələrinə uyğun olaraq rəsm sərgisi, idman, həmçinin intellektual yarışlar, debatlar, eyni zamanda maarifləndirici görüşlər təşkil edirik”.

Əvvəlki Yazı

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi – SƏRƏNCAM

Növbəti Yazı

Qurban Yetirmişli: “Zəlzələ 50 saniyə davam edib, daha sonra 5 afterşok qeydə alınıb”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.