Avqust 27, 2025-20:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Füzulidə Şəhər Günü qeyd olunur

2024:10:17 - 12:27
in MƏDƏNİYYƏT
A A

17 Oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilir.AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak edirlər.

Doğma yurda qayıtmış Füzuli sakinləri bu gün böyük həvəs və sevinclə bayram şöləninə hazırlaşır. Tədbir iştirakçıları rəngarəng tematik sərgilərlə tanış olacaq, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyəcəklər.

Gün ərzində proqram çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Füzuli”, “Zamanın qanadalarında: Füzuli” adlı fotosərgilər, “Mənim Füzulim” rəsm sərgisi, “Füzuli 530” tamaşası, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunacaq. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim ediləcək, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələr nümayiş olunacaq.

Tədbirə qala-konsert proqramı və atəşfəşanlıqla yekun vurulacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 31 iyul tarixli Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, 17 Oktyabr Füzuli Şəhəri Günüdür.

Əvvəlki Yazı

Litva müdafiə büdcəsini xərcləyə bilmədiyindən şikayətlənib

Növbəti Yazı

Şəhid anası: Övladlarımız Prezidentimizin “dəmir yumruğu” ətrafında birləşərək, torpaqlarımızı işğaldan azad etdilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.