May 20, 2025-23:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 3 dəfə artıb

2023:08:29 - 15:32
in İQTİSADİYYAT
A A

“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2022-ci ili 6,133 milyon manat xalis mənfəətlə başa vurub.

Busaat.az zavodun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.

Ötən il GAZ-ın əsas əməliyyat (satışdan) gəliri 156,081 milyon manat (əvvəlki ilə nisbətən 83,9 % çox), satışının maya dəyəri 138,595 milyon manat (78,5 % çox), kommersiya xərcləri 3,181 milyon manat (2,1 dəfə çox), inzibati xərcləri 3,625 milyon manat (36,6 % çox), sair əməliyyat xərcləri 3,014 milyon manat (5,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,533 milyon manat (3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə GAZ-ın aktivləri 88,742 milyon manat olub ki, bu da illik müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,3 % azalaraq 65,931 milyon manata, balans kapitalı isə 27,9 % azalaraq 22,811 milyon manata düşüb.

Nizamnamə kapitalı 3,573 milyon manat olan GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Zavodun tikintisi layihəyə görə 1989-cu illdə başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında müəssisə işə düşüb və burada ilk avtomobil yığılıb.

Əvvəlki Yazı

Türkiyədə sərnişin avtobusu aşdı: 12 ölü, 19 yaralı

Növbəti Yazı

Almaniya kansleri seçki tədbiri zamanı fitə basılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.