UNEC-dən AZƏRTAC-a bildirilib ki, Sona Hacıyeva doktorantura layihəsinin təqdimatından yüksək bal (78) toplayaraq, İtaliyanın Bolonya Universitetinin qida elmləri və qida texnologiyaları ixtisasının doktorantura proqramına qəbul olub. O, Dövlət Proqramı əsasında 3 il müddətində doktorantura təhsilini Bolonya Universitetində davam etdirəcək.